ƏMLAK

Azərbaycan vətəndaşları Batuminin mənzil bazarında nə qədər fəaldırlar? – ARAŞDIRMA
23 İYUL
343

Azərbaycan vətəndaşları Batuminin mənzil bazarında nə qədər fəaldırlar? – ARAŞDIRMA

2019-07-23 09:36:00

Batumidə əcnəbilərin aldığı mənzillərin 0,4%-i Azərbaycan vətəndaşlarının payına düşüb.

Son illər Gürcüstanın Batumi şəhərində yaşayış evi alan xarici vətəndaşların payının artması tendensiyası müşahidə olunur.

Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə TBC Bankın “TBC Capital” konsultativ bölməsinin hazırladığı araşdırmada bildirilib.

2018-ci ildə Batumidə alınan yaşayış evlərinin 36%-i əcnəbilərin payına düşüb. 2015-ci ildə bu göstərici 14%, 2016-cı ildə 28%, 2017-ci ildə isə 33% təşkil edib.

Ötən il Batumidə satılan yaşayış yerlərinin 76%-ni yeni mənzillər təşkil edib.

Bu ilin əvvəlindən isə xarici ölkə vətəndaşlarının yaşayış sahəsi bazarındakı payı 31%-ə bərabər olub. Satış bazarında Ukrayna və Rusiya vətəndaşları əsas oyunçulardır. Ukraynalıların bazardakı payı 8,4%, rusiyalıların payı isə 8,2% təşkil edib. İsrail (2,4%), Avropa İttifaqı (2,3%) və Türkiyə vətəndaşları (1,5%) da bu bazarda əhəmiyyətli paya malikdirlər.

2019-cu ilin əvvəlindən Azərbaycan vətəndaşları Batuminin mənzil bazarında passivliyi ilə seçilir. Acarıstan paytaxtında əcnəbilərin aldığı yaşayış yerlərinin yalnız 0,4%-i Azərbaycan vətəndaşlarının payına düşüb. Xarici vətəndaşlar arasında bu ən aşağı göstəricidir. Ermənistan vətəndaşlarının payı 1%, İran vətəndaşlarının payı isə 0,9% təşkil edir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır