ƏMLAK

Jurnalistlər üçün tikilən 3-cü yaşayış binası gələn il təhvil veriləcəyi TARİX
19 İYUL
253

Jurnalistlər üçün tikilən 3-cü yaşayış binası gələn il təhvil veriləcəyi TARİX

2019-07-19 14:32:00

Jurnalistlər üçün tikilən üçüncü yaşayış binasının gələn il Mətbuat Günündə təhvil verilməsi nəzərdə tutulur.

Fins.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.

Onun sözlərinə görə, artıq jurnalistlər üçün 2 bina tikilərək istifadəyə verilib. Həmin binalarda 411 jurnalist yaşayır: "Mediaya göstərdiyi dəstəyə görə mətbuat nümayəndələri adından Azərbaycan Prezidenti Ilham Əliyevə təşəkkür edirəm. Azərbaycan mətbuatına dövlət dəstəyi bundan sonra da davam edəcək".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır