ƏMLAK

Komitə sədri şəhərlərin baş planlarından danışdı
03 İYUL
145

Komitə sədri şəhərlərin baş planlarından danışdı

2019-07-03 11:55:00

Nazirlər Kabineti tərəfindən bir il ərzində yeddi şəhərin baş planı təsdiqlənib.

Fins.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev “Caspian European Club” və “Caspian American Club” çərçivəsində keçirilən biznes-forumda deyib.

S.Nuriyev bildirib ki, bununla da təsdiqlənmiş şəhər baş planlarının sayı 42-yə çatıb:

“Hazırda üç şəhərin (Ağcabədi, Biləsuvar, Göyçay) baş planı razılaşdırılma mərhələsindədir. Yaxın vaxtlarda onların da təsdiq edilməsi gözlənilir. Daha yeddi şəhərin (Bakı, Daşkəsən, Kürdəmir, Saatlı, Sabirabad, Şabran, Tərtər) isə baş planının hazırlanmasına başlanılıb. Qarşıdakı iki il ərzində doqquz şəhərin baş planının hazırlanması işlərinə başlanılacaq”.

Onun sözlərinə görə, strateji layihələrlə bağlı dövlət qurumlarına müraciət edilib:

“Bu layihələrdən bəziləri prioritetləşdiriləcək, bəziləri isə strateji olmasa belə, planda qalacaq. Planda qalan layihələrin həyata keçirilməsi, təbii ki, nəzərə alınacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271