ƏMLAK

Yardımlıda yeni idman kompleksi istifadəyə veriləcək
07 İYUN
186

Yardımlıda yeni idman kompleksi istifadəyə veriləcək

2019-06-07 10:08:00

Yardımlıda idman kompleksi tikilir.

Fins.az-ın  məlumatına görə, bu, ölkəmizdə inşa edilən sayca 47-ci idman kompleksidir.

Şəhərin Heydər Əliyev prospektində inşa edilən yeni idman obyektinin tikintisinə ötən ilin oktyabrında başlanılıb. Kompleksin ümumi sahəsi 5400 kv/m təşkil edir.

Burada gənclərin idmanın müxtəlif növləri üzrə məşğul ola bilmələri üçün hər cür şərait yaradılacaq. 1370 kv/m ərazi isə universal idman zalı kimi fəaliyyət göstərəcək. Burada müxtəlif idman oyunları və yarışılar keçiriləcək. Yarışları 800 yerlik tribunadan izləmək mümkün olacaq.  

Hazırda tikinti işlərinin 50-55 faiz görülüb. Obyektin bu ilin sonunadək başa çatdırılıb,  yeniyetmə və gənclərin ixtiyarına verilməsi nəzərdə tutulub.

© OXu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257