ƏMLAK

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi zərərdədir
27 MAY
287

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi zərərdədir

2019-05-27 12:17:00

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2018-ci ili 170 min manat zərərlə başa vurub.

Fins.az xəbər verir ki, ötən il Komitə 5,536 milyon manat gəlir əldə edib. Bu gəlirin 5,334 milyon manatı qeyri-birja əməliyyatlarından, 2 min manatı isə sair əməliyyatlardan əldə olunub. Birja əməliyyatlarından isə gəlir olmayıb.

Hesabat dövründə isə qurumun xərcləri 5,706 milyon manat, o cümlədən əmək haqqı və dövlət sosial sığorta ayırmaları üzrə xərcləri 1,51 milyon manat, sərf edilmiş materialların dəyəri üzrə xərcləri 92 min manat, amortizasiya xərcləri 341 min manat, sair əməliyyat xərcləri 3,764 milyon manat təşkil edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır