ƏMLAK

Bu ilin ilk 4 ayında Azərbaycanda 62 mindən çox daşınmaz əmlaka çıxarış verilib
15 MAY
197

Bu ilin ilk 4 ayında Azərbaycanda 62 mindən çox daşınmaz əmlaka çıxarış verilib

2019-05-15 15:50:00

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 62,5 min daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasport tərtib edilib.

Bu barədə Fins.az-a Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib. 

Məlumata görə, 4 ay ərzində 15 minə yaxın ipoteka müqaviləsi, 1 117 yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb. Həmçinin hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 64 minə yaxın məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 35 mindən çox digər müxtəlif məzmunlu arayışlar verilib.

Bu il istifadəyə verilən Əmlak Xidmətləri Məkanında isə artıq 70 minə yaxın vətəndaş müraciəti qəbul edilib.

Daşınmaz əmlakın qeydiyyatı zamanı xidmət haqqı və dövlət rüsumunun elektron qaydada, heç bir qeydiyyatdan keçmədən real vaxt rejimində öyrənməsinə imkan verən “Əmlakın qeydiyyatı kalkulyatoru”ndan, ümumilikdə, 30,5 min vətəndaş istifadə edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır