ƏMLAK

Azərbaycanda satışa çıxarılmış – 10 ƏN UCUZ ƏMLAK - SİYAHI
15 MAY
604

Azərbaycanda satışa çıxarılmış – 10 ƏN UCUZ ƏMLAK - SİYAHI

2019-05-15 18:23:00

Dövlət əmlaklarının satışı üzrə keçirilən hərraclar özəlləşdirmə prosesinə investorların marağının artdığını göstərir. Fins.az xəbər verir ki, FED.az investorların marağını nəzərə alaraq bu il ərzində ən əlverişli qiymətlərlə hərraca çıxarılan 10 əmlakın siyahısını hazırlayıb.

Yardımlıda kənd klubu – 600 manat  

Yardımlı rayonu, Bozayran kəndində yerləşən klubu cəmi 600 manata almaq olar. Obyektin faydalı sahəsi 60 m2,  özəlləşdirilən torpaq sahəsi isə 64,3 m2-dir. Fevralın 19-dakı hərraca çıxarılıb, hərraca qatılmaq üçün tələb olunan beh cəmi 60 manat təşkil edib.

Neftçala rayonunda bərbərxana – 800 manat

Özü də bir deyil, iki bərbərxana. Neftçala rayonu, Bankə qəsəbəsi, H.Əmənov küçəsi, 9A-da yerləşən hər 2 bərbərxananın sahəsi 16 kvadratmetrdir. Fevralın 26-dakı hərraca çıxarılıb, hərraca qatılmaq üçün tələb olunan beh cəmi 80 manat təşkil edib.

Bərdədə qeyri-yaşayış sahəsi – 850-950 manat

Bərdədəki qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti bərbərxanadan cüzi fərqlənir - 850 manat. Obyekt rayonun Heydər Əliyev prospekti, 77 ünvanında, 2 mərtəbəli binanın 2-ci mərtəbəsinin bir hissəsidir. Sahəsi 8,3 m2 təşkil edir.

Elə həmin ünvanda yerləşən digər qeyri-yaşayış sahəsini, 2 mərtəbəli binanın 2-ci mərtəbəsinin bir hissəsini (9,2 kvadratmetr) 950 manata almaq olar.

Hər iki obyekt fevralın 26-dakı özəlləşdirmə hərracına çıxarılıb, hərraca qatılmaq üçün tələb olunan beh cəmi 85-95 manat təşkil edib.

Sumqayıtda qeyri-yaşayış sahəsi – 1250 manat

Ucuz qiymətə obyektləri iri şəhərlərdə də almaq mümkündür. Sumqayıtdakı qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 1250 manatdır. Obyekt şəhərin 48-ci məhəllə, bina 2 ünvanında, 5 mərtəbəli binanın zirzəmisinin 24,7 m2-lik bir hissəsidir. Fevralın 26-da keçirilən özəlləşdirmə hərracına çıxarılıb, hərraca qatılmaq üçün tələb olunan beh cəmi 125 manat təşkil edib.

Neftçala rayonunda mağaza – 1250 manat

Neftçala rayonunun Kürkənd kəndindəki 58 saylı mağaza da 1250 manata satışa çıxarılıb. Mağazanın sahəsi 91,4 m2-dir. Fevralın 19-da keçirilən özəlləşdirmə hərracına çıxarılıb, hərraca qatılmaq üçün tələb olunan beh cəmi 125 manat təşkil edib.

Sabirabadda Mədəniyyət evi - 1500 manat

Sabirabad rayonundakı Azadkənd kənd Mədəniyyət evini 1500 manata almaq olar. Mədəniyyət Evinin faydalı sahəsi 180,4 m2, özəlləşdirilən torpaq sahəsi isə 504 m2-dir. Fevralın 19-da keçirilən özəlləşdirmə hərracına çıxarılıb, hərraca qatılmaq üçün tələb olunan beh cəmi 150 manat təşkil edib.

Gəncədə obyektlər - 2000 manat

Siyahıda növbəti 2 əmlakın satış qiyməti eynidir. Gəncədəki 1-ci obyekt, Kəpəz rayonu, 3-cü mikrorayon, bina 1 ünvanında 5 mərtəbəli binanın zirzəmisinin 32,5 m2-lik bir hissəsidir. Gəncədəki 2-ci obyekt, Nizami rayonu, Hacı Zeynalabdin Tağıyev küçəsi, 23 ünvanında, 1 mərtəbəli binanın zirzəmisinin 42 m2-lik hissəsidir.

Hər 2 obyekt fevralın 26-da keçirilən özəlləşdirmə hərracına çıxarılıb, hərraca qatılmaq üçün tələb olunan beh cəmi 200 manat təşkil edib.

Şabranda obyekt - 2000 manat

2000 manata Şabran rayonunda da əmlak almaq olar. Şabrandakı obyekt, M.Ə.Rəsulzadə küçəsi, 97 ünvanında 1 mərtəbəli binanın 23,6 m2-lik bir hissəsidir. Fevralın 26-da keçirilən özəlləşdirmə hərracına çıxarılıb, hərraca qatılmaq üçün tələb olunan beh cəmi 200 manat təşkil edib.

Xaçmazda kənd klubu - 2250 manat

Əlverişli qiymətə satılan digər kənd klubu Xaçmazda yerləşir. Sərkərli kənd klubunu 2 250 manata almaq olar. Klubun faydalı sahəsi 66 m2, özəlləşdirilən torpaq sahəsi isə 10 sotdan artıqdır. Fevralın 19-da keçirilən özəlləşdirmə hərracına çıxarılıb, hərraca qatılmaq üçün tələb olunan beh cəmi 225 manat təşkil edib.

Balakəndə yeməkxana - 2450 manat

Balakəndəki yeməkxana isə 2450 manata satılır. Rayonun  Mahamalar kəndində yerləşən əmlakın sahəsi 69,2 m2-dir. Fevralın 19-da keçirilən özəlləşdirmə hərracına çıxarılıb, hərraca qatılmaq üçün tələb olunan beh cəmi 245 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262