ƏMLAK

"MİDA" 2 yeni bina tikəcək – TİKİNTİ ŞİRKƏTİ AXTARIR
14 MAY
135

"MİDA" 2 yeni bina tikəcək – TİKİNTİ ŞİRKƏTİ AXTARIR

2019-05-14 13:01:00

Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "MİDA" MMC açıq tender elan edir.

Fins.az xəbər verir ki, tender Sumqayıt şəhəri, 41-ci məhəllə 0,76 ha torpaq sahəsində 2 ədəd 9 mərtəbəli 2 bloklu yaşayış binasının tikintisi ilə əlaqədar satınalmalar üçün həyata keçirilir.

İddiaçılar tender təkliflərini 2019-cu il 13 iyun saat 17.00-a qədər Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85Z ünvanına (əlaqələndirici şəxs: Vəliyev Zahid Musa oğlu, telefon: (+99412) 594-54-01 daxili: 238) təqdim etməlidirlər. Təklif zərfləri 2019-cu il 14 iyun tarixində saat 15.00-da eyni ünvanda açılacaq.

Tenderdə iştirak haqqı 700 manatdır.

© Finans.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264