ƏMLAK

Sumqayıtda tikiləcək güzəştli mənzillər barədə YENİ XƏBƏR
14 MAY
219

Sumqayıtda tikiləcək güzəştli mənzillər barədə YENİ XƏBƏR

2019-05-14 12:17:00

Mənzil İnşaatı Dövlət Agentliyi ilkin olaraq Sumqayıtda 2 çoxmərtəbəli yaşayış binası tikəcəkdir.

Fins.az Marja-ya istinadən xəbər verir ki, 2 ədəd 9 mərtəbəli 2 bloklu yaşayış binası Sumqayıt şəhəri 41-ci məhəllədə 0,76 hektar torpaq sahəsində tikiləcəkdir. 

Agentlik bu yaşayış binalarının tikintisi ilə əlaqədar açıq tender elan edib. İddiaçılar öz təkliflərinin 13 İyun 2019-cu il tarixinədək "MİDA" MMC-yə təqdim etməlidirlər. Tenderin qalibi yaşayış binalarının tikintisi ilə məşğul olacaqdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır