ƏMLAK

Fərdi yaşayış evləri arasında ara məsafəsinə dair ziddiyyət aradan qaldırılıb
13 MAY
517

Fərdi yaşayış evləri arasında ara məsafəsinə dair ziddiyyət aradan qaldırılıb

2019-05-13 19:13:00

Şəhərsalma və Arxitektora Komitəsi “AzDTN 2.6-1. Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması haqqında” qərarı ilə Şəhərsalma və Tikinti Məcəlləsi arasında ziddiyyəti 5 il sonra aradan qaldırıb.

Fins.az xəbər verir ki, indiyə qədər şəhərsalma norma və qaydalarına əsasən, mərtəbəliyi 5 və daha çox olan və qarşı-qarşıya duran binaların, bu binaların uzun tərəfləri və yaşayış otaqlarında pəncərələri olan yan divarları arasında məsafə ən hündür binanın 1,5 H-dan (H-hündürlük) az olmamalı idi.

Həyətyanı sahəsi olan tikililər rayonunda yaşayış evinin pəncərələrindən (otaqlardan, mətbəxlərdən, və şüşəbənddən) qonşu həyətdə yerləşən evin və təsərrüfat tikililərinin (qaraj, hamam, anbar) divarlarınadək olan məsafə, yanğın təhlükəsizliyi, sanitar və məişət şərtlərinə görə, yanğına qarşı və sanitar ara məsafələrinə riayət olunmaqla, 6 m-dən az olmamalı, təsərrüfat tikililərini həyətyanı sahənin sərhədlərindən 1 m-dən az olmayan məsafədə yerləşdirilməli idi. Mənzil mülkiyyətçilərinin qarşılıqlı razılığı ilə və bu normaların tələbləri nəzərə almaqla, həmsərhəd olan həyətyanı sahələrdə təsərrüfat ikililərini blok-birləşmə şəkilində yerləşdirmək olardı.

Ancaq Şəhərsalma və Arxitektora Komitəsi “AzDTN 2.6-1. Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması haqqında” qərarındakı bu tələblər Şəhərsalma və Tikinti Məcəlləsinə 20 iyun 2014-cü ildə edilmiş dəyişikliyə zidd olduğu üçün ləğv edilib. Mayın 12-dən bu tələblər qüvvədən düşüb.

Qeyd edək ki, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Məcəlləyə əsasən, ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir:

- divar hündürlüyünün 0,6 hissəsi;

 - xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi;

-  yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi;

- yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi.

Divarlarının hündürlüyü 1 metrdən çox olmayan tikililərin və ya tikili hissələrinin xarici divarlarının önündə ara məsafəsi sahələrinin saxlanılması zəruri deyil. Bundan əlavə, divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadratmetrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyil.

Qərara əsasən, binanın odadavamlıq dərəcəsindən asılı olaraq yaşayış, ictimai və sənaye müəssisələrinin köməkçi binalar arasında yanğın əleyhinə məsafə dair tələb də fərdi bundan sonra fərdi yaşayış evlərinə münasibətdə tətbiq edilməyəcək. Başqa sözlə, fərdi yaşayış evləri istisna ilə, yaşayış, ictimai və sənaye müəssisələrinin köməkçi binalar arasında yanğın əleyhinə məsafə 6-15 m olmalıdır.

© ONA.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır