ƏMLAK

Bir avroya evlər satışa çıxarıldı – FOTOLAR
08 MAY
286

Bir avroya evlər satışa çıxarıldı – FOTOLAR

2019-05-08 09:25:00

İtaliyada evlər bir fincan qəhvə qiymətinə satılır.

Mussomeli şəhərinin hakimiyyət orqanları satış üçün evlərin hər birinə 1 avro qiymət qoyublar. Bu pula Avropanın bəzi ölkələrində bir fincan qəhvə almaq olar. Bir avroya Siciliyanın cənubunda isə bütöv binanı almaq mümkündür.

"The Sun"ın məlumatına görə, satışa ümumilikdə 100 atılmış ev çıxarılıb. Gələcəkdə onların sayı artacaq. Belə ki, daha 400 ev həmin qiymətə satışa çıxarılacaq.

Lakin bu məsələdə bir "hiylə" var - əgər alıcı binanı 1 il ərzində təmir etməsə, o, zəmanət depozitini (təxminən 7 min avro -red) itirəcək. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır