ƏMLAK

Məsləhətçi şirkətin rəhbəri: "Bakının Baş Planının hazırlanması yeni yanaşmalar tələb edir"
07 MAY
375

Məsləhətçi şirkətin rəhbəri: "Bakının Baş Planının hazırlanması yeni yanaşmalar tələb edir"

2019-05-07 20:04:00

"Məqsədimiz Bakının Baş Planının hazırlanması işində müxtəlif uğurlu nəticələri tətbiq etməkdir".

Fins.az= xəbər verir ki, bunu Bakının Baş Planının hazırlayan “AS+P” beynəlxalq şirkətinin icraçı direktoru Yoaxim Şares bu gün Bakıda Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin Bakının şəhərsalma inkişafına həsr olunmuş plenumunda çıxışı zamanı bildirib.

Şirkət rəsmisi qeyd edib ki, son 20 ildə şəhər əhalisi 26% artıb: "Baş Planın hazırlanmasında çətinliklər və həlli vacib məsələlər var. Onları həll etmək mümkündür. Hökumət səviyyəsində şəhərin inkişafına resurslar cəlb edilib. Yenə də müxtəlif problemlərlə üzləşirik".

Onun sözlərinə görə, hündürmərtəbəli binaların tikintisi, müxtəlif ərazilərin zəbt edilməsi yeni yanaşmalar tələb edir: "Bu proseslər şəhərin sosial və arxitektura nümunələrinə mənfi təsir göstərir. Bu gün Baş Planın hazırlanmasında şəhərin çirklənməsi ilə bağlı problemləri də düşünməliyik. Baş Planın hazırlanmasında BMT-nin qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinə daxil olan Dayanıqlı İnkişaf Konsepsiyasının tətbiqi çox vacibdir".

Yoaxim Şares əlavə edib ki, Baş Planın hazırlanmasında “AS+P” şirkəti Dövlət Layihə İnstitutu ilə birgə çalışacaq. "Həmçinin, beynəlxalq şirkətlər də kənardan dəstək göstərəcəklər", - Yoaxim Şares bildirib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır