ƏMLAK

Azərbaycanda ekspertizası tələb olunmayan 17 obyektin tikintisinə elektron qaydada icazə verilib
18 APREL
232

Azərbaycanda ekspertizası tələb olunmayan 17 obyektin tikintisinə elektron qaydada icazə verilib

2019-04-18 11:52:00

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Prezident İlham Əliyevin ötən il dekabrın 28-də imzaladığı ekspertizası tələb olunmayan obyektlərin tikintisinin və istismarının sadələşdirilməsi ilə bağlı fərmanının icrasına dair ilkin nəticələri açıqlayıb.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) keçirilən mətbuat konfransında komitənin Beynəlxalq Əlaqələr və İnformasiya texnologiyaları şöbəsinin müdiri Rüfət Mahmud məlumat verib.

Onun sözlərinə görə, fərmanın icrası məqsədi ilə bu il fevralın 21-dən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə yeni elektron sistem istifadəyə verilib. Sistem bəzi obyektlərin tikintisinə və istismarına əlavə vaxt itirmədən icazə almağa imkan verir. Belə ki, sifarişçilər şəxsi kabinetinə daxil olaraq tələb olunan sənədləri elektron formada yükləyə, 15 iş günü müddətində tikintiyə, 10gün müddətində isə istismara icazəni əldə edə bilərlər.

“İndiyə qədər tikintiyə icazə ilə bağlı elektron sistemə 22 müraciət daxil olub, bunlardan 17-si müsbət cavablandırılaraq, elektron icazə vərəqəsi sifarişçinin şəxsi kabinetinə göndərilib. Bundan başqa, istismara icazə ilə bağlı 4 müraciət daxil olub və baxılır. Yeni sistem hələ ki, Bakıda işləyir, gələn aydan ölkənin digər ərazilərində də tətbiqi nəzərdə tutulur”, - R.Mahmud qeyd edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8962
  • ₽ RUB
    0.0263