ƏMLAK

"Kupça"ların verilməsində YENİLİK – VİDEO
17 APREL
774

"Kupça"ların verilməsində YENİLİK – VİDEO

2019-04-17 11:33:00

Daşınmaz əmlaka dair çıxarışların kağız formada verilməsi dayandırılır.
Fins.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu açıqlama Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "Daşınmaz əmlakın qeydiyyatında yeni mərhələ: elektron çıxarışa keçid və onun xüsusiyyətləri" mövzusunda təşkil edilən ictimai təqdimatda verilib.
Çıxış edənlər bildiriblər ki, hazırda çıxarışların kağızla yanaşı, elektron formada da verilməsi davam etdirilir. Tam elektron formaya keçiddə məqsəd vətəndaş-məmur ünsiyyətini minimuma endirmək, əmlakların qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və opitmallığı artırmaqdır. Əmlakını rəsmi qeydiyyata almaq istəyən şəxs müvafiq olaraq müraciət etdikdə Komitənin ərazi reyestr ofislərində çıxarışlar 1,3,7 və 10 iş günündə elektron qaydada hazırlanacaq.
Daha sonra isə həmin çıxarış vətəndaşın "Elektron hökumət" portalındakı şəxsi kabinetinə yerləşdiriləcək.
Çıxarışların kağız formada verilməsi aprelin 18-dən etibarən dayandırılacaq.
Elektron çıxarışların bir çox üstünlükləri var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265