ƏMLAK

BAKSTONE: Evlərin inşaatı və təmiri bizim işimizdir
16 APREL
1911

BAKSTONE: Evlərin inşaatı və təmiri bizim işimizdir

2019-04-16 11:06:00

Əmlaka sahib olmaq həmişə uğur əlaməti və investisiya üçün etibarlı vasitə hesab edilib. Ötən illərin inşaat bumunda azərbaycanlıların rifahının yüksəlməsi yalnız alış üçün deyil, eləcə də inşaat üçün imkan üfüqləri açdı. Getdikcə daha çox insan, xəyalında canlandırdığı evi tikdirməyə üstünlük verməyə başladı və nəticədə lokal bazarda müştərilərə xidmətlər kompleksi təqdim edən inşaat şirkətləri meydana gəldi. Bu şirkətlərdən biri, beş il ərzində xüsusi evlərin inşaatında liderlər sırasına daxil olan BAKSTONE şirkətidir.

“Az saylı podratçılar arasında əsl peşəkarı necə müəyyən etmək olar?”, “Müqavilə imzalanma prosesi necə gedir?”, “İnşaat üçün kredit hansı şərtlər altında imzalanır?” bu və digər suallara BAKSTONE şirkətinin icraçı direktoru Səid Məmmədov ilə müsahibədə cavab tapa bilərsiniz.

- BAKSTONE şirkətinin yaranma tarixi haqqında danışardınız, ilk layihənizi xatırlayırsınızmı?

BAKSTONE 2014-cü ildə şlakoblok tikinti daşlarının istehsalçısı kimi fəaliyyətə başlayıb. Daha sonra fəaliyyətimizi genişləndirərək, təmir-tikinti işlərini prioritet olaraq seçmişik. Maksimal səy və peşəkarlıq qısa zaman ərzində peşəkar komanda və müştəri bazası yığmağa, bu gün isə lokal bazarın Abşeron regionunda və Azərbaycanın regionlarında xüsusi evlərin, villa və bağ evlərinin inşaat seqmentində lider olmaq imkanı yaratdı.

Şirkətin işə düşməsi mürəkkəb və əmək tələb edən bir prosesdir. İnşaat biznesi ilə məşğul olmağı qərara aldığımız anda, lokal bazar inkişaf mərhələsində idi, burada öz yerini tutmaq, eləcə də onu saxlamaq yalnız inadkar əmək və peşəkarlıqla mümkün idi. Bu gün biz memarlıq bürosu olan azsaylı şirkətlərdən biriyik.         

- Memarlıq bürosuna sahib olmaq niyə bu qədər vacibdir?

- Diqqət edin bakstone.az saytında, eləcə də Facebook, Instagram və LinkedIn sosial şəbəkə səhifələrimizdə hər layihəyə aid şəkillərdən başqa, mərtəbələrin planı, evin tikintisində istifadə ediləcək inşaat materiallarının adları da göstərilir. Bəzi şirkətlərin saytlarına daxil olanda isə oxucu, 3D formatında qoyulmuş gözəl şəkillərdən başqa heç nə görmür. Cari layihənin şirkətə aid olduğunu yoxlamaq isə çətin deyil.

Layihənin şəkilini Google axtarış sistemində yoxlayan zaman portfolioda göstərilən evin bizim ölkədə deyil, ABŞ və ya Avropa hər hansı bir şəhərində tikildiyi aşkar olur, bununla da potensial müştəri aldadıldığını görərək məyus olur.   

Mütləq şəkildə portfolio və mərtəbələrin planları göstərilməlidir. İnternetdən köçürülmüş şəkillər, peşəkar fəaliyyətin göstəricisi deyil, əksinə diletantlıqdır.  

- Biz ehmalca əsas mövzuya – xəyalındakı evin inşaatını həyata keçirəcək vicdanlı podratçının seçimi mövzusuna gəlib çatdıq. Saytın və sosial şəbəkələrdə şəxsi layihələrin yer aldığı geniş portfolionun mövcudluğundan başqa daha nəyə diqqət yetirmək lazımdır?

- İnşaat bazarının bu seqmenti hazırda inkişaf mərhələsindədir. İnternet məkanda şəxsi evlərin tikilməsi ilə məşğul olan çox sayda şirkət tapmaq mümkündür. Amma təəssüf ki, onların çoxu nə ofisə, nə də ki, hüquqi ünvana sahib deyil. Adəti üzrə onlar adi “prorab”lardır. 

Bu səbəbdən də əgər siz hər hansı bir şirkətin ev layihəsini seçmisinizsə, görüş zamanı ofisin olmasına diqqət edin, bu arada ofis şirkətin saytında və sosial şəbəkə səhifələrində nümayiş etdirdiyi gözəl şəklə müvafiq olmalıdır. Yəni əgər podratçının ofisi yoxdursa, məntiqi olaraq ortaya “Əgər özünün ofisi yoxdursa, mənim - potensial müştəri üçün nə tikə bilər?” sualı ortaya çıxmalıdır. Sifarişçiyə hansı maliyyə zəmanəti verə bilər?   
Bundan başqa podratçının təkliflərinin keyfiyyət standartlarına uyğunluğu, tikinti məkanına ekskursiya imkanı da vacibdir. İnşaata nəzarətə gəldikdə isə memar, kostruktor və inşaat mühəndisi tikinti prosesində mütləq şəkildə iştirak etməlidir.

- Müştərinin BAKSTONE şirkətində ev inşaatı sifariş verməsi üçün nəyə malik olmalıdır?

- İlkin olaraq onun ev tikdirmək arzusu olmalıdır. Əgər sifarişçi konkret olaraq necə ev istədiyini bilmirsə, biz ona müxtəlif variantlar təklif edirik. Əgər hazır layihə üzərində dayanırıqsa, o zaman artırıldığında layihənin smetasına təsir göstərə biləcək amil olan kvadratura razılaşdırılır. Dizayn-atelyemizin əməkdaşları təhvil verildikdən sonra evdə yaşama şərtlərinin rahat olması üçün variantlar təklif edir, məsləhətlər verirlər.

- Çoxları mənzili məhz ölçüsünə, yəni kvadrat metrlərə görə dəyərləndirməyə alışıb. Bəs xüsusi evlərin tikintisi seqmentində qiymət siyasəti necə aparılır?

- Bizim üçün aktual olan suala görə təşəkkür edirəm. İnşaatın bu seqmentində qiymət siyasəti mobildir. Burada 1 kvadrat metrin dəqiq qiyməti anlayışı yoxdur. Qeyd edim ki, BAKSTONE şirkətində layihədən asılı olaraq 1 kvadrat metrin qiyməti paket variantlar arasında bir-biri ilə müqaisədə 150-180 AZN-a qədər dəyişir.

Çünki, evin tikintisinə təsir edən əsas amillərdən biri, onun konstruksiya və dizaynıdır. Qiymətin dəyişməsi evin parametrlərindən (hündürlük, en, kəsiklər və istifadə edilən materiallar) asılıdır. 

- BAKSTONE şirkətində sifarişçidən hansı sənədlər tələb edilir?

- Müştəridən torpaq üçün çıxarış tələb edilir. Daha sonra biz eskiz layihə hazırlayırıq, icazə üçün sifarişçi onu İcra hakimiyyəti orqanlarına yollayır. Adətən inşaat üçün icazə almaqda problem yaranmır, belə ki, biz bütün normativləri bilirik. 

Bizim işin bütün mərhələlərinin, evin təhvil tarixinin, eləcə də inşaat zamanı istifadə ediləcək materialların adının yazıldığı müqavilə tamamən şəffafdır.

- Şirkətin hansı özəllikləri var?

- Bizim müştərilərimiz bəziləri xaricdə və dənizdə işləyən iş adamlarıdır. Bu səbəbdən də fiziki olaraq inşaatı müşahidə etmək imkanları yoxdur. Biz tikilən obyektdə müşahidə kameraları quraşdırmışıq. Hər müştəriyə IP ünvan veririk və onlar dünyanın istənilən nöqtəsində inşaatın gedişatını izləyə bilirlər. Bundan başqa sahədə keyfiyyətə görə, nəzarət qrupu da məsuliyyət daşıyır.

- Paket variantına nə daxildir?

- Beton döşəmə, eləcə də elektrik, isitmə və santexnika sistemi (aksessuarlardan başqa), tavan (alçıpan) və ilkin döşəmə, isti döşəmə, rəngsaz işləri və s. Bəzi layihələrin smetasına eksteryerin təbii daşlarla, məsələn, aqlay ilə üzlənməsi nəzərdə tutulur, ona görə ki, digər üzlənmə ilə layihə özünəməxsusluğunu itirir. Evlərin eksteryerinin üzlənməsini müştəri ilə müzakirə edirik və ona variantlar təklif edirik. Daxili işlərə gəldikdə isə, dizaynerimizin məsləhəti ilə müştəri istifadə ediləcək materialları özü seçir və bir başa özü alır.  Bu halda müştəri materialların alınması üçün (divar kağızı, kafel, parket və ya laminat və s.) büdcəni özü müəyyən edir, bizə isə onların quraşdırılması üçün vəsait ödəyir.          

- Sizin memarlıq büronuzda sırf gələcəyin evini sifariş etmək olarmı və bu neçəyə başa gələcək?

- Bəli, əlbəttə. Bundan başqa interyer dizaynı və landşaft işləri də sifariş etmək olar. Bir kvadrat metr üçün eskiz layihəsi 3 manat, fasad – 5 manatdan ibarətdir. Çoxu bunun baha olduğunu düşünə bilər, amma yekun qərar üçün tələsməyin. Bizə tikinti smetasını hesablamaq üçün çox ucuz qiymətli layihələr ilə müraciət ediblər amma bu eskizlərdə bünövrə, sütunlar və kalonlar, pəncərələrin ölçüsü və s. yox idi.  Evlərin tikintisi və təmiri bizim işimizdir. Bu müraciətlərin nəticəsində isə lazımi parametrləri göstərərək eskizin layihəsini yenidən hazırlamalı olurduq.   

- Daha öncə BAKSTONE şirkətinin fəaliyyət göstərdiyi bazarın inkişaf mərhələsində olduğunu söylədiniz. İnkişaf perspektivləri hansı səviyyədədir?

- Bazarın perspektivləri çox yüksəkdir. Qloballaşma nəticəsində dünya daha dinamik və dəyişkən olur, insana istirahət üçün daha az zaman və məkan qalır. Şəhərin səs-küyü və havası yaşayış yerini şəhərdən kənar ərazidə seçməyə məcbur edir. Bakı sakinləri də istisna deyil. Artıq Bakı sakinlərinin şəhərdən kənarda yaşama arzusu kimi bir tendensiya müşahidə edilir. Həmin ərazilərdə həftə sonu və bayramlarda şəhərin səs-küyündən dincəlmək üçün kimisi ev, kimisi bağ evi tikdirir. 

- Regionlar barədə nə deyə bilərsiniz?

- Regionlarda, turistik məkanlarda paytaxt sakinləri istirahət üçün, yerli sakinlər isə daimi yaşayış üçün ev tikdirir.

Belə hallarda layihənin həyata keçirilməsi üçün rayonlara əməkdaşlarımız gedir, belə ki, biz yalnız  təcrübədə nəyə qadir olduqlarını dəfələrlə sübut etmiş mütəxəssislərimizə etibar edirik. 

- Bildiyimiz qədər, şirkət daxili kredit əsasında evlərin inşaatını təklif edir. Zəhmət olmasa oxucuları bu şərtlər barədə məlumatlandırardınız.

- Bu gün üçün 25% ilkin ödəniş ilə müqavilə bağlayan yeganə şirkət olduğumuzu vurğulamaq istərdik. Şirkət iki – kredit və evin tikintisi üçün  müqavilə bağlayır. Bu müqavilələrin bağlanması üçün torpağın çıxarışı olmalıdır. Müştəri müqaviləni imzalayaraq ümumi məbləğin 25%-ni ilkin ödəniş olaraq yatırır, qalan hissəni isə sonrakı 36 ay müddətində ödəyir. Kreditləşmə tikintinin başladığı gündən bir ay sonra qüvvəyə minir. Müştəri evin tikintisini nağd pula edirsə, BAKSTONE şirkəti onun üçün endirimlər edir. 

- Lokal bazarda tikinti materiallarının qiyməti artarsa, evin qiyməti müvafiq olaraq bahalaşır?

- Digər tikinti şirkətlərini bilmirəm, amma iki devalvasiya keçən BAKSTONE, nə bir dəfə də olsun müqavilə şərtlərinə yenidən baxıb, nə də ki, müştəridən 100 manat da olsa artıq ödəniş istəyib.  

- Müqaviləyə nə daxildir? İşlərinizə zəmanət verirsinizmi?

-  Daha öncə danışılmış: əsas plan, təməlin memarlıq çizgiləri, zirzəminin memarlıq çizgiləri, 1-ci və növbəti mərtəbələrin memarlıq çizgiləri, fasadın memarlıq çizgiləri, damın planı, pəncərələrin spesifikasiyası və s.    daxil olan və müqaviləyə əlavə edilən bütün iş paketi üçün müştəridən razılıq alındıqdan sonra müqavilə imzalanır. Bundan başqa paketə evin inşaatında hansı materiallardan istifadə ediləcəyi göstərilir. Bütün işlər mərhələlərə bölünür. Məsələn, birinci mərhələyə təməlin atılması, mərtəbələr arası monolit arakəsmələr və digər işlər daxildir.

Biz beton və döşəmə işlərinə 55 il, dama 20 il, qalan işlərə isə 5 ilə qədər zəmanət veririk. BAKSTONE şirkəti təcrübəli və peşəkar podratçı kimi tanınıb. İşimiz haqqında ictimai fikrə nəzər salsanız mənfi bir şey görməyəcəksiniz. 

Gələcək üçün planımız müştəri portfelini genişləndirmək və bazarın liderindən nömrə bir şirkətə çevrilməkdir. Düşünürəm ki, qarşıya qoyduğumuz hədəfə doğru inamlı addımlarla irəliləyirik. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269