ƏMLAK

3 min ailə mənzillə təmin ediləcək - HÖVSANDA
12 APREL
827

3 min ailə mənzillə təmin ediləcək - HÖVSANDA

2019-04-12 09:25:00

 “Agentliyin ikinci layihəsi – Hövsan Yaşayış Kompleksi 3000 minə yaxın ailəni mənzil ilə təmin edəcək” bunu Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov 3 illik fəaliyyətin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunan iclas zamanı deyib.

Fins.az xəbər verir ki, sədrin sözlərinə görə, Agentliyin ikinci layihəsi – Hövsan Yaşayış Kompleksi 3000 minə yaxın ailəni mənzil ilə təmin edəcək, ərazisində 1920 şagird yerlik orta məktəb, hər biri 90 yerlik olmaqla iki uşaq bağçası, tibb mərkəzi və digər sosial-ictimai obyektlər tikilərək istifadəyə veriləcək. Ümumilikdə, Kompleks 11 çoxmənzilli yaşayış binasından ibarətdir. Bunlardan yeddisinin yeddimərtəbəli on səkkiz girişli, dördünün isə onmərtəbəli bir girişli olması nəzərdə tutulur. Hazırda 7 mərtəbəli binalardan 6-nın tikinti-quraşdırma işləri başa çatdırılmış, bəzək işlərinə başlanılıb. Paralel olaraq digər 5 binanın tikintisi də sürətlə davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266