ƏMLAK

MİDA: Hövsan Yaşayış Kompleksində 6 yeni bina tikilib
12 APREL
226

MİDA: Hövsan Yaşayış Kompleksində 6 yeni bina tikilib

2019-04-12 09:45:00

Hövsan Yaşayış Kompleksində tikintisi nəzərdə tutulan 7 mərtəbəli binalardan 6-sı üzrə tikinti-quraşdırma işləri başa çatdırılıb.

Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) Fins.az-a verilən məlumata görə, paralel olaraq digər 5 binanın tikintisi də sürətlə davam etdirilir.

Kompleks 3 minə yaxın ailəni mənzillə təmin edəcək ərazisində 1 920 şagird yerlik orta məktəb, hər biri 90 yerlik olmaqla iki uşaq bağçası, tibb mərkəzi və digər sosial-ictimai obyektlər tikilərək istifadəyə veriləcək. Ümumilikdə Kompleks 11 çoxmənzilli yaşayış binasından ibarətdir. Bunlardan yeddisinin yeddimərtəbəli on səkkiz girişli, dördünün isə onmərtəbəli bir girişli olması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269