ƏMLAK

Azərbaycanı xatırladan brend yaradılsın!
08 APREL
220

Azərbaycanı xatırladan brend yaradılsın!

2019-04-08 10:35:00

Tikinti sektorunun ölkəmizdə sürətlə inkişaf etməsi sayəsində paytaxt və digər bölgələrimizdə yüzlərlə yeni tikili yaşayış binaları, ticarət obyektləri və dövlət əhəmiyyətli binalar tikilərək istifadəyə verilib.

Cox sevindirici haldır ki, inşa olunan bu tikililərin böyük əksəriyyətinin layihələri öz memarlarımız tərəfindən verilib. Bu gün yüzlərlə köhnə tikili, yaşayış binaları var ki, onları hər kəs proektlərinə verilmiş adlarla xatırlayırlar. Məsələn; daşkənd, leninqrad, bolqar, italyanka, fransız və sair. Bu o deməkdir ki, həmin binalar qaldıqca onlar öz ölkələrinin adlarını daima təmsil edəcəklər. Artıq necə illərdir ki, Azərbaycanın birinci xanımı, vitse prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə müxtəlif sahələrdə Azərbaycan brendlərinin yaradılması yönündə işlər gedir və xeyli nəaliyyətlərdə əldə olunub. Təklif edirəm ki, tikinti sahəsinin sürətlə inkişaf etdiyi ölkəmizdə öz tikinti brendimizi yaradaq. Memarlarımız, inşaatcılarımız, tikinti şirkətləri və bu sahəyə aidiyyatı olan qurumlar tərəfindən müsabiqə yolu ilə yeni bina layihələri çəkilməli, ən mükkəmməlinə Azərbaycan layihəsi adı verilməlidir.

Biz bu layihəni Azərbaycan brendi olaraq həm ölkəmizdə həmdə ölkə sərhədlərindən kənarda inşa edə bilərik. Çox gözəl olardı ki, bu lahiyədə Azərbaycanın milli ornamentlərindən milli memarlıq üslublarından da istifadə olunsun. Bu layihənin xarici görünüşü elə bir mükəmməl formada verilməlidir ki ,binaya kənardan baxanda Azərbaycanı xatırlatsın. Təsəvvür edin ki, hər hansısa bir xarici dövlətdə Azərbaycan layihəli binalar inşa olunarsa, bu binalar artıq ölkəmizin həmin ölkələrdə təmsilçisinə çevrilə bilər və daima Azərbaycanımızın adını yaşada bilər. Təbii ki, daxili proektləri mükəmməl formada olmalıdır ki, bu günki təlabata və standartlara uygun olsun. Ümumilikdə layihə o qədər mükəmməl hazırlanmalıdır ki, həm ölkəmizdə həm də digər ölkələrdə alqışla qarşılansın. Ümumilikdə yaxşı olardı ki, bu layihələr müxtəlif formalarda hazırlansın və Azərbaycan Bakı Qarabag və digər bölgələrimizin də adları verilsin. Ölkəmizdə ən ugurlu layihələrdən biri də “Ağ şəhər” layihəsidir. Gələcəkdə yaxşı olardı ki, pilot layihələrin inşası zamanı binaları tək tək söküb bir birinə bənzəməyən binalar tikmək yox, standart olaraq kompleks şəklində öz layihələrimizlə tikək. Bu həm şəhərimizi gözəlləşməsinə həmdə şəhərin ümumi arxitekturasına tamam başqa bir xüsusi görünüş verər.

Əmlak eksperti, ARB telekanalında "Əmlak vaxtı" proqramının layihə rəhbəri Elnur Fərzəliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264