ƏMLAK

“Bakı Fəhləsi maşınqayırma zavodu” investisiya müsabiqəsi elan edib
18 MART
384

“Bakı Fəhləsi maşınqayırma zavodu” investisiya müsabiqəsi elan edib

2019-03-18 16:08:00

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən paytaxt və regionlarda yerləşən iqtisadiyyatın ayrı-ayrı sahələrinə aid müəssisələrin özəlləşdirilməsi, investisiyaların cəlb edilməsi, o cümlədən fəaliyyətlərinin müasir standartlar səviyyəsində yenidən qurulması, özəlləşdirilmiş müəssisələrdə rəqabətə davamlı malların istehsalı istiqamətində ardıcıl tədbirlər görülür. Belə olan halda respublikanın müxtəlif regionlarında yerləşən müəssisələrin investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilməsinə daha çox diqqət yetirilir.

Fins.az-ın məlumatına görə, bu məqsədlə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na müvafiq olaraq Komitə “Bakı Fəhləsi maşınqayırma zavodu” ASC-nin özəlləşməsi üzrə investisiya müsabiqəsi elan edib. İddiaçılar qarşısında qoyulan şərtlərdən başlıcası müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi, iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi, yerli xammaldan istifadə olunması, işçilərin sosial təminatı kimi məsələlərin həllidir. Müsabiqənin qalibləri nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsini imzalamalı, imzalandığı tarixdənn 60 təqvim günü müddətində əmək haqqı və ona bərabər tutulan borclar üzrə ödənişləri həyata keçirməli, 120 təqvim günü müddətində təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməlidirlər. Həmçinin? öhdəlik götürəcəyi sayda, lakin 150-dən az olmayaraq, yeni iş yerinin yaradılmasını, 30 təqvim günü müddətində bu layihənin icrası ilə əlaqədar cəlb olunmuş məsləhətçi şirkətinə 4 min 720 manat məbləğində vəsaitin ödənilməsini və digər müqavilədə göstərilən şərtləri həyata keçirməlidirlər. İddiaçıların ərizə və təkliflərinin qəbulu 17 aprel 2019-cu il tarixinədək iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Komitəsinin ünvanında (Bakı şəhəri, Y.Səfərov küçəsi, 50) aparılacaqdır. Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati binasında 26 aprel 2019-cu il, saat 15:00-dan başlayaraq həyata keçiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027