ƏMLAK

Əmlakın bazarın DƏYƏRİ
14 MART
302

Əmlakın bazarın DƏYƏRİ

2019-03-14 14:36:00

Əmlak Məsələləri Dövlət Komitəsinin “Daşınmaz əmlakın qiymətləndirilməsi” adlı xidmət vasitəsilə bütün növ daşınmaz əmlakların bazar qiymətlərinin hesablanması, arayışların və ya hesabatların verilməsi  həyata keçirilir.

Fins.az xəbər verir ki, fiziki və hüquqi şəxslərin poçt vasitəsilə və xidmət məkanlarına gələrək müraciət etməsi ilə bütün növ daşınmaz əmlakların qiymətləndirilməsi aparılır. Müraciət əsasında xidmətlər milli və beynəlxalq standartların tələbləri nəzərə alınmaqla, peşəkar mütəxəssislər tərəfindən 15 iş günü müddətində göstərilir. Daşınmaz əmlakın qiymətləndirilməsi üzrə dövlət rüsumu tələb olunmur. Xidmət haqqı isə daşınmaz əmlakın müqavilə qiyməti ilə müəyyən edilir, bank vasitəsilə ödənilir.

“Daşınmaz əmlakın qiymətləndirilməsi” xidmətinin həyata keçirilməsində daşınmaz əmlakın dövlət reyestri məlumatlarından və Bazar Məlumatları Bankından istifadə olunur. Qiymətləndirmə xidmətlərindən istifadə etmək istəyən şəxslər Əmlak Xidmətləri Məkanına və ya Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət edə bilər. Xidmətin göstərilməsi üçün tələb olunan sənədlərə ərizə, ərizəçinin şəxsiyyət vəsiqəsi və hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə notarial qaydada təsdiqlənmiş müvafiq etibarnamə aiddir. Daşınmaz əmlakın qiymətləndirilməsi üçün müraciət etmiş vətəndaşlar xidmətin həyata keçirilməsi və nəticəsi ilə bağlı məlumatları poçt, e-poçt, vebsayt və telefon vasitəsilə öyrənə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262