ƏMLAK

Yanvar-fevral aylarında əsas kapitala 1,7 milyard manat yönəldilib
13 MART
107

Yanvar-fevral aylarında əsas kapitala 1,7 milyard manat yönəldilib

2019-03-13 11:38:00

Cari ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyard 711,2 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz az vəsait yönəldilib, sərf edilmiş vəsaitin 69,6 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 2 faiz artıb.

Ümumi sərmayənin 60,3 faizi məhsul istehsalı obyektlərinin, 30,5 faizi xidmət sahələri üzrə obyektlərin, 9,2 faizi isə ümumi sahəsi 252,1 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 68,1 faizini təşkil edib. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 66,3 faiz, büdcə vəsaitləri 22 faiz, əhalinin şəxsi vəsaitləri 6,1 faiz, bank kreditləri 4,6 faiz, büdcədənkənar fondların vəsaitləri 0,7 faiz, digər vəsaitlər isə 0,3 faiz təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264