ƏMLAK

Ötən il bələdiyyələrin qanunsuz ayırdığı 5920 hektar torpaq sahəsi geri qaytarılıb
05 MART
223

Ötən il bələdiyyələrin qanunsuz ayırdığı 5920 hektar torpaq sahəsi geri qaytarılıb

2019-03-05 15:10:00

Ötən il Azərbaycanda pozuntulara yol verən 143 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 26 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.

Fins.az-ın Report-a istinadən xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, ötən il 70 mindən çox bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib. Onlardan 2010-u Ədliyyə Nazirliyinin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib (2017-ci illə müqayisədə təxminən 22 faiz çox).

Eyni zamanda, görülən tədbirlər nəticəsində qanunsuz ayrılmış 5920 hektar (2017-ci illə müqayisədə təxminən 2.2 dəfə çox) torpaq sahəsi geri qaytarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır