ƏMLAK

Bu kəndə köçən 10 min dollar alır –FOTO
06 FEVRAL
235

Bu kəndə köçən 10 min dollar alır –FOTO

2019-02-06 10:42:00

İtaliyanın şimalında, Alp dağlarının ətəklərində yerləşən Piedmont bölgəsindəki Locana kəndinə köçənlərə 10 min dollar verilir.

Fins.az xəbər verir ki, 1900-cü illərin əvvəllərində yeddi min əhalisi olan kənddə 2000-ci illərdə 1500-ə qədər sakin qalıb.

Kəndin əhalisi Torinodakı böyük fabriklərdə işləmək üçün buranı tərk edib. Hətta əhali o qədər azalıb ki, ibtidai məktəblər də az şagird olması səbəbindən hər təhsil ilinin əvvəlində bağlanmaq riski ilə qarşı-qarşıya qalır.

Birdəfəlik ödəmə şəklində veriləcək 10 min dollarlıq mükafatı almaq üçün cütlüklərin qarşısına bir şərt qoyulur: ən azı bir övlad sahibi olmaq.

Kənddə restoranlar, barlar, kafelər kimi iş sahələri var.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8931
  • ₽ RUB
    0.0263