ƏMLAK

Tikinti materialları bazarında QİYMƏTLƏR - FİNS
04 FEVRAL
822

Tikinti materialları bazarında QİYMƏTLƏR - FİNS

2019-02-04 15:10:00

Havaların isti keçməsinə baxmayaraq  tikinti sektorunda canlanma yoxdur.

Fins.az xəbər veirr ki,  ekspertlərin sözlərinə görə, ölkəmizdə tikinti materialları istehsalının genişlənməsi və xaricdən gətirilən məhsulun çoxluğu qiymət artımının qarşısını alıb.

Təklifin tələbə nisbətən çox olması qiymətlərin artmasına imkan vermir. Məlumata görə,  bazarda qiymətlər iki ay əvvəlki vəziyyətlə eynidir. Xüsusən də taxta, armatur, sement və bu kimi əsas istifadə edilən materialların qiymətində artım olmayıb. Bazarda 8-lik armaturun 1 metri 45 qəpik, 32-liyin 1 metri isə 7 manatdan təklif edilir. Bazarda olan dam örtüklərinin qiyməti 6 manatla 12 manat arasında dəyişir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, ötən il hörmə üçün hazır beton qarışığının istehsalı 2,0 dəfə, tikinti əhənginin istehsalı 28,8 faiz, sementin istehsalı 23,7 faiz artıb, tikinti kərpicinin istehsalı isə 8,3 faiz azalıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9126
  • ₽ RUB
    0.0266