ƏMLAK

Əmlak Məsələləri Dövlət Komitəsinə olan müraciət sayı açıqlanıb
10 YANVAR
262

Əmlak Məsələləri Dövlət Komitəsinə olan müraciət sayı açıqlanıb

2019-01-10 12:15:00

Ötən il ərzində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Çağrı Mərkəzi”nə ümumilikdə 13 minə yaxın müraciət cavablandırılıb.

Komitədən Fins.az-a verilən məlumata görə, daxil olan müraciətlərdən 11 minəyaxını sorğulardan ibarətdir. Sorğu tipli müraciətlərin mövzuları əsasən, dövlət əmlaklarının özəlləşdirilməsi, icarəsi və istifadəsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı, torpaqların kadastr uçotu və digər məsələlərlə bağlı olub. Hər bir vətəndaşın müraciət üzrə ətraflı məlumatlandırılması üçün sorğular dərhal cavablandırılıb, mütəxəssislər tərəfindən qanunvericiliyin tələbləri izah olunub və hüquqi məsləhətlər verilib.

Müvafiq il ərzində “Çağrı Mərkəzi”nə 2 minə yaxın araşdırma tələb edən müraciət daxil olub. Bu tip müraciətlərə əsasən, ərizə və məktubların icrası, torpaq sahələrinin plan və ölçüləri, torpaqların təyinatı, dövlət rüsumu və xidmət haqqı kimi məsələlər aiddir. Araşdırma tələb edən müraciətlər həll edilməsi üçün komitənin müvafiq qurumlarına göndərilib və bu barədə vətəndaşa məlumat verilib. Ərazi statistikasına baxdıqda, “Çağrı Mərkəzi”nə daxil olan müraciətlərdən 10 minə yaxını paytaxtdan, 3 minə yaxını isə regionlardan ünvanlanıb.

Vətəndaşların çox gözləmədən müraciət etməsi, sorğuların isə daha tez cavablandırılması üçün “Çağrı Mərkəzi” müasir texnika və avadanlıqlarla təmin olunub. “Çağrı Mərkəzi” canlı və səsli menyu rejimində olmaqla fasiləsiz fəaliyyət göstərir.Canlı rejim həftənin iş günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir. Səsli menyu rejimi isə iş vaxtından sonrakı vaxtlarda, həftənin qeyri-iş günləri və bayram günlərində fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271