ƏMLAK

"Kristal Abşeron", yoxsa AAAF Park ? MÜQAYİSƏ
09 YANVAR
350

"Kristal Abşeron", yoxsa AAAF Park ? MÜQAYİSƏ

2019-01-09 17:39:00

Bu dəfəki müqayisəmiz yaşayış binalarının tikintisi ilə məşğul olan MTK-lar arasında olacaq. İpoteka ilə mənzil satışını icra edən MTK-ların sayı çox olsa da, onlardan ikisini seçməli olduq.

Məkan olaraq bir-birinə yaxın olan "Kristal Abşeron" və "AAAF Park" müqayisəmizin hədəfləridir.

 "AAAF Park"

Əgər nağd pulunuz varsa, siz “AAAF Parkdan” 1 otaqlı ev almaq üçün 63 kvadratmetrlik evi 38 min manata əldə edə bilərsiz. Şirkətdən Fins.az-a verilən məlumata görə, bu gün alsalar belə köçüb yaşamaq olar. Daha bir seçim: 74 kvadratmetrlik mənzili 44 min manata əldə etmək mümkündür. Həmin binalarda artıq 7 min əhali yaşayır. Əgər nağd pulunuz yoxdursa, kreditin şərtləri “AAAF Park”da mənzilin kvadratmetri 450 manatdır. Amma həmin mənzil maksimum 3 ilə hazır olacaq. Şirkətdən əlavə olaraq bildiriblər ki, burada şəhərciklər var və bütün şəraitlər nəzərə alınıb.

Kristal Abşeron

Kristal Abşeronda isə mənzillərin ölçülərinə görə qiymətlər fərqlidir. 1 otaqlı mənzillərin minimum ölçüsü 41 kvadratmetr olur. Nağd ödənişi isə 50430 manatdır. Maksimum ölçüsü 48,5 kvadratmetrdir. Onun qiyməti isə 60 min manatdır. Binalar artıq hazırdır. İpoteka ilə götürdükdə 41 kvadratmetr ölçüsü olan mənzil üçün ilkin ödəniş 10100 manat, ayda isə 290 manat ödəməklə əldə etmək mümkündür. 48,5 kvadratmetrin mənzili isə ilkin ödəniş 12 min manat, ayda isə 340 manat ödəməklə nail ola bilərsiz. Qeyd edək ki, Kristal Abşeronda da AAAF Park kimi şəhərcik var və hər şərait nəzərə alıb.

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256