ƏMLAK

25 min 200-dən çox ipoteka krediti verilib
07 YANVAR
231

25 min 200-dən çox ipoteka krediti verilib

2019-01-07 15:00:00

2006-2018-ci illərdə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 25 min 201  ipoteka krediti verilib.

Fondun saytında dərc edilmiş məlumata görə, indiyədək İKZF-nin xətti ilə 1 mlrd. 215 mln. 516,85 min manat məbləğində ipoteka krediti verilib.

Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.

© İnterfaks-Azərbaycan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264