ƏMLAK

Mənzillərin kirayəsində bahalaşma davam edir
27 DEKABR 2018
382

Mənzillərin kirayəsində bahalaşma davam edir

2018-12-27 14:24:00

 Bu ilin noyabr ayında Azərbaycanda mənzillərin kirayəsi oktyabr ayı ilə müqayisədə 0,2% bahalaşaraq orta aylıq 92,39 manata çatıb.

Xatırladaq ki, bu ilin yanvar ayında kirayə bazarında 0,1% bahalaşma olub. Fevral və mart aylarında qiymətlər dəyişməyib. Apreldə bazarda 0,2% ucuzlaşma olsa da, mayda qiymətlər 0,4% artıb. İyunda bazarda yenidən sabitlik yaranıb. İyulda 0,1% ucuzlaşma, avqust və sentyabr aylarında isə müvafiq olaraq 0,6% və 0,4% bahalaşma baş verib. Oktyabr ayında mənzillərin kirayəsi sentyabr ayı ilə müqayisədə 0,2% bahalaşıb. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9066
  • ₽ RUB
    0.027