ƏMLAK

Gələn il veriləcək mənzillərin sayı artırılıb
26 DEKABR 2018
436

Gələn il veriləcək mənzillərin sayı artırılıb

2018-12-26 14:37:00

Gələn il 900 şəhid ailəsi və Qarabağ əlilinə mənzilin verilməsi gözlənilir. 

Fins.az xəbər verir ki, bu barədə məlumatı Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün “Azərbaycanın sosial müdafiə inkişafı: dünən, bu gün və sabah” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda verib. O qeyd edib ki, ölkə prezidentinin göstərişlərinə əsasən növbəti ildə şəhid ailələri və Qarabağ əlilləri üçün nəzərdə tutulan mənzillərin sayı bir qədər də artırılıb. Belə ki, 2019-cu ildə bu məqsədlə 800 mənzilin təqdim olunması gözlənilir:

“Ancaq əlavə olaraq bir binamızda da təmir davam edir. Düşünürük ki, növbəti ildə verilən evlərin sayı 900-ə yaxın olacaq”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır