ƏMLAK

Bu şəxsə mənzil və maşın HƏDİYYƏ olundu
21 DEKABR 2018
294

Bu şəxsə mənzil və maşın HƏDİYYƏ olundu

2018-12-21 10:40:00

Şərur rayonunda sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə və 1 hərbi xidmət dövrü əlilinə mənzil təqdim olunub,

1 Çernobıl əlilinə isə “NAZ- Lifan 320” markalı minik avtomobili verilib. BAKU.WS xəbər verir ki, NMR-nın Ali Məclisinin sədri Vasif Talıbov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə mənzil və avtomobillə təmin olunanlara təşəkkürünü bildirib, onlara yeni mənzillərində rahat və firavan həyat arzulayıb, mənzillərin orderlərini və avtomobilin açarını təqdim edib. 2 və 3 otaqlı tam təmirli mənzillər rayonun İbadulla və Dəmirçi kəndlərində, eləcə də Şərur şəhərində yerləşir. 4 mənzilin hər birində lazımi kommunal-məişət şəraiti yaradılıb. Yeni mənzillə təmin olunanlara xalça hədiyyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256