ƏMLAK

Azərbaycanlılar bu il Türkiyədən nə qədər mənzil alıblar?
20 DEKABR 2018
173

Azərbaycanlılar bu il Türkiyədən nə qədər mənzil alıblar?

2018-12-20 12:37:00

Bu ilin noyabr ayında 144 nəfər Azərbaycan vətəndaşı Türkiyədə mənzilə sahib olub.

Bu, ötən ilin noyabr ayı ilə müqayisədə 82 mənzil və ya 132% çoxdur.

Bu ilin yanvar-noyabr aylarında isə 1 084 nəfər Azərbaycan vətəndaşı qardaş ölkədə mənzil və əmlaka yiyələniblər. Bu isə ötən ilin 11 ayı ilə müqayisədə 233 mənzil və ya 27,7% çoxdur.

Ümumilikdə isə ötən ay 4 718, bu ilin yanvar-noyabr aylarında isə 35 430 xarici vətəndaş Türkiyədə mənzil alıb.

Ən çox mənzil alan xarici vətəndaş arasında İraqlılardır. Noyabrda İraqlılar 1 003, bu ilin 11 ayında isə 7 308 mənzil əldə ediblər. Sonrakı yeri İranlılar tutur. Bu ölkənin vətəndaşları noyabrda 674, yanvar-noyabr aylarında isə 3 217 mənzil satın alıblar. İlk üçlüyü isə Səudiyyə Ərəbistanı tamamlayır. Bu ölkənin vətəndaşları ötən ay Türkiyədə 233 mənzil, bu il ərzində isə 2 450 mənzil əldə ediblər.

© Fed

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256