ƏMLAK

Komitə: Yeni qanunla qəbir yerlərinin satılmasının qarşısı alınacaq
19 DEKABR 2018
170

Komitə: Yeni qanunla qəbir yerlərinin satılmasının qarşısı alınacaq

2018-12-19 15:16:00

Azərbaycanda təsdiqlənən “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” bu prosesdəki neqativ halların qarşısını alacaq.

Fins.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib.

Onun sözlərinə görə, bütün qəbir yerləri dəfni həyata keçirilənlərə nizamlı şəkildə veriləcək: "Qəbirlər sıra nömrələrinə uyğun olacaq. Bu da bu sahədə olan neqativ halları, xaosu aradan qaldıracaq. Qəbiristanlıqlarda mənfi hallar var idi ki, qəbir yerləri satılırdı, pul tələb olunurdu. Bu qaydalardan sonra isə belə halların baş verməsinin qarşısı alınacaq. Bələdiyyələrin tərkibində qəbiristanlıqların idarə edilməsi ilə bağlı xüsusi qurum yaradılacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264