ƏMLAK

14 növ xidməti özündə birləşdirən Flexhouse sistemi
19 DEKABR 2018
381

14 növ xidməti özündə birləşdirən Flexhouse sistemi

2018-12-19 11:00:00

Müştəri məmnuniyyətini ən üst səviyyəyə qaldırmağı qarşısına məqsəd qoyan Huner Group yeni layihəsini təqdim edir. Bakının ən prestijli məkanında – Ağ Şəhər-də, dəniz səviyyəsindən 25 metr yüksəklikdə yerləşən “Hünər Qüllələri” layihənin önəmli tərkib hissəsini təşkil edir. “1 mənzil sizdən, əlavə 14 otaq bizdən!” devizi ilə çıxış edən “Hünər Qüllələri”nin ən cəlbedici xüsusiyyəti Azərbaycanda ilk dəfə Flexhouse sistemini tətbiq etməkdir.Klassik yaşayış komplekslərindən olduqca fərqli bir konseptlə çıxış edən Flexhouse sistemi müştərilərinə bir evin içərisinə sığmayan xüsusi otaqlarla komforlu xidmət sahələri təqdim edir.Patenti yalnız Huner Group-a aid olan Flexhouse sisteminin məqsədi evinizdə olmasını xəyal etdiyiniz, lakin evinizə sığmayan bütün otaqları “qatlayaraq” mənzilinizə əlavə etməkdir. Belə  ki, “Hünər Qüllələri”ndən mənzil alan hər bir kəs, əlavə olaraq müxtəlif məqsədli 14 növ xidmət otağından istifadə etmək şansı qazanacaq. Yalnız sakinlər üçün nəzərdə tutulmuş Flex otaqları evinizə aid xüsusi bir sahə kimi istifadə edə biləcəksiniz. Flexhouse sisteminə uşaq oyun zalı, kinozal, musiqi otağı, karaoke otağı, parti otağı, playstation otağı, qonaq otağı, fitness salonu, özəl mətbəx, qapalı mini futbol və basketbol meydançası, bilyard salonu, iş otağı, sürücü otağı və camaşırxana  daxildir. Mənzil sahibləri istifadə etmək istədikləri Flex otaqları mobil tətbiqetmə vasitəsilə əvvəlcədən sifariş edə biləcəklər.

Uşaq oyun zalı - Siz şəxsi işlərinizlə məşğul olarkən uşaqlarınız onlara ayrılmış xüsusi otaqda əyləncə dolu oyunlarına davam etsin.

Kinozal- Xüsusi səs və görüntü sisteminə sahib rahat oturacaqlarla təmin olunmuş kinozalda asudə vaxtlarınızı maraqlı filmlər izləyərək dəyərləndirin.

Musiqi otağı - Sevimli musiqi alətləriniz evinizdə artıq yer tutub tozlanmasın. Gitara, pianino kimi musiqi alətlərini zövqlə ifa edə biləcəyiniz bu otaqda xəyallarınız musiqi ilə bəzənsin.

Karaoke otağı - Yüksək akustik səs və işıq effektləri ilə təchiz edilmiş xüsusi otaqda karaoke zövqünüzü doya-doya yaşaya bilərsiniz.

Parti otağı - Ailəniz və dostlarınızla birlikdə müxtəlif konseptli partilər təşkil edərək özəl günlərinizi unudulmaz edin.

Playstation otağı - Yaşadığınız binadan kənara çıxmadan sevimli oyunlarınızı istədiyiniz qədər oynayaraq əyləncənin dadını çıxarın.

Qonaq otağı - Qonaqlarınız otel standartlarına uyğun olan bu otaqlarda gecələyərək özlərini sizin evinizdəki kimi rahat hiss edəcək.

Fitness salonu - Yüksək standartlı avadanlıqlara sahib fitness salonu sağlam həyat sürməniz üçün daim xidmətinizdədir.

Özəl mətbəx- Evinizdə olmayan bütün avadanlıqlarla təchiz olunmuş özəl mətbəxdə həm qonaqlarınıza məharətinizi göstərə, həm də bişirdiyiniz təamları komforlu bir masa ətrafında süfrəyə təqdim edə bilərsiniz.

Qapalı mini futbol və basketbol meydançası - Gərgin iş rejimindən uzaqlaşıb dostlarınızla həvəskar futbol və ya basketbol oyunlarınızı yaşadığınız binada oynama şansı əldə edin

Bilyard salonu - Çox uzağa getmədən yüksək keyfiyyətli masalarda bilyard oynayaraq əyləncənizə rəng qatın.

İş otağı - Yarımçıq qalmış işlərinizi tamamlayarkən özünüzü həm evinizdəki qədər komforlu, həm də işinizdəki qədər disiplinli hiss edəcəksiniz.

Sürücü otağı - Binada yaşayan, həmçinin qonaq gələn şəxslərin xidməti avtomobillərinin sürücüləri üçün nəzərdə tutulmuş otaq.

Camaşırxana- Ən müasir paltar yuma, qurutma və ütüləmə avadanlıqları ilə təchiz edilmiş camaşırxana, ehtiyyaclarınızı etibarlılıq və keyfiyyətlə qarşılayacaqdır.

“Hünər Qüllələri”ndən mənzil almaq istəyən hər bir kəs ofisimizə yaxınlaşaraq həm alacağı mənzillərlə, həm də flex otaqlarla əyani şəkildə tanış ola biləcəklər. Belə ki, satış ofisimizdə nümunə mənzillərlə flex otaqlar yolunuzu gözləyir. Siz də “Hünər Qüllələri”ində premium mənzillərə sahib olmaqla xidmətlərimizdən yararlana bilərsiniz.

Ünvan: Bakı Ağ Şəhər, Park rayonu.

Telefon: (012) 409 00 44

              (050) 409 00 44

Web: www.hunergroup.az

E-poçt: [email protected]

Facebook: https://www.facebook.com/hunergroup/

Instagram: https://www.instagram.com/hunergroup

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9126
  • ₽ RUB
    0.0266