ƏMLAK

Azərbaycan Batumidə keçiriləcək beynəlxalq tikinti sərgisində təmsil olunacaq
03 DEKABR
78

Azərbaycan Batumidə keçiriləcək beynəlxalq tikinti sərgisində təmsil olunacaq

2018-12-03 15:51:00

 Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində 7-9 dekabr tarixində “Batumi Build 2018” VIII beynəlxalq tikinti materialları, texnologiyalar və daşınmaz əmlak sərgisi keçiriləcək.

Fins.az Report-a istinadən xəbər verir ki, sərgidə Gürcüstanla yanaşı, Azərbaycan, Türkiyə, İran, Ermənistan, İsrail, Polşa, Ukrayna, Belarus, Rusiya və digər ölkələri təmsil edən şirkətlər iştirak edəcək.

Beynəlxalq tədbir şirkətlərə geniş çeşidli məhsullar və texnoloji innovasiyalarını təqdim etməklə yanaşı, yeni biznes əlaqələr qurmaq imkanı da verəcək.

Sərgi Acarıstan Muxtar Respublikasının hökuməti, respublikanın Maliyyə və İqtisadiyyat Nazirliyi, Batumi Meriyası və Acarıstanın Sənaye və Ticarət Palatasının dəstəyi ilə baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256