ƏMLAK

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası növbəti ünvanda
03 DEKABR
130

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası növbəti ünvanda

2018-12-03 14:02:00

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı sosial aksiya ilə qeydiyyat xidmətləri birbaşa ünvanlarda göstərilir. Fins.az Komitəyə istinadən xəbər verir ki, bununla vətəndaşların daha tez və rahat şəkildə leqal  əmlaklara sahib olması təmin edilir. İctimai əhəmiyyətli kampaniyanın bu həftəki ünvanı isə Hacı Zeynalabdin Tağıyev qəsəbəsidir. Səyyar xidmətlər 3-7 dekabr tarixlərində saat  09:00-dan 17:00-dək Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 9 ünvanında göstəriləcək. 

Kampaniya çərçivəsində qəsəbə sakinləri yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı xidmətlərdən faydalana bilər. Bundan başqa səyyar ofisdə sakinlərin qeydiyyatla bağlı sualları cavablandırılacaq və onlara mülkiyyət hüquqlarından istifadə ilə bağlı hüquqi məsləhətlər veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256