ƏMLAK

Daşınmaz əmlak alan xaricilərə yaşamaq icazəsi veriləcək
27 NOYABR
341

Daşınmaz əmlak alan xaricilərə yaşamaq icazəsi veriləcək

2018-11-27 15:06:00

Misirdə daşınmaz əmlak alan xarici vətəndaşlara yaşamaq icazəsi veriləcək.

Fins.az xəbər verir ki, Misirdə birillik “oturum icazəsi” almaq üçün daşınmaz əmlaka qoyulan sərmayənin məbləği 100 min dollar təşkil etməlidir. Bildirilir ki, 200 min dollar dəyərində daşınmaz əmlak alan şəxslərə 3 il müddətinə, 400 min dollar dəyərində əmlak alanlara isə 5 il müddətinə “oturum icazəsi” veriləcək.

Misirin mənzil tikintisi nazirinin müavini Xalid Abbas mətbuata açıqlamasında deyib ki, hazırda sərmayəçilər üçün nəzərdə tutulmuş qaydalar İmmiqrasiya Nazirliyi ilə məsləhətləşmələr yolu ilə müəyyən olunur. Onun sözlərinə görə, xaricilərə “oturum icazəsi” rəsmi dövlət orqanı tərəfindən təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında veriləcək. Misirdə əmlak alan xarici vətəndaşlar yalnız ölkədə 10 il yaşadıqdan sonra səsvermə hüququna malik olacaqlar.

 Eləcə də bax: Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Salyanda vətəndaş qəbulu keçirib

 Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256