ƏMLAK

“Kütləvi çıxarış” kampaniyası Lənkəran rayonunda
22 NOYABR
199

“Kütləvi çıxarış” kampaniyası Lənkəran rayonunda

2018-11-22 14:24:00

Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi səyyar layihələr daşınmaz əmlakın qeydiyyatı xidmətlərini vətəndaşlara daha yaxın edir. Xidmətləri birbaşa ünvanlara aparan“Kütləvi çıxarış” kampaniyası respublikanın ayrı-ayrı regionlarında vətəndaşların daşınmaz əmlaklarınırahat qeydiyyata almasına şərait yaradır. Yüksək sosial əhəmiyyətli kampaniya 22 noyabr tarixində Lənkəran rayonunda keçirildi. Qeyd edək ki, kampaniyanın fürsətləri ilə eyni gündə Lənkəran rayonunda 1 şəhər və 1 kənd sakinləri xidmətlərdən istifadə etmək üçün müraciət etdi. İctimai məmnunluq və rahatlıq prinsipləri ilə vətəndaşların ərazi idarəsinə getmək və əmlaklarını qeydiyyata almaq kimi ehtiyacları təmin olundu. Belə ki, bu aksiya ilə məişət və iş fəaliyyətindən uzaqlaşa bilməyən eləcə də, fiziki məhdudiyyətli və yaşlı əhali təbəqəsi də uyğun imkanlardan yararlandı.

Bütün lazımi avadanlıqlarla təmin olunmuş mobil ofislərdə Liman şəhəri və Şirin Su kəndindən olan 100-ə yaxın vətəndaşa qeydiyyatxidmətləri göstərildi. 60-a yaxınsakinə birbaşa yaşadıqları yerlərdə torpaq sahələrinə dair hazır çıxarışlar, torpaq sahəsinin planı və ölçü sənədləri təqdim olundu. Səyyar ofisdə qeydiyyat xidmətləri ilə bərabər, hüquqi xidmətlər də göstərildi. Sakinlərin daşınmaz əmlakla bağlı bütün sualları cavablandırıldı, qanunvericiliyə uyğun olaraq onlara hüquqi məsləhətlər verildi. Torpaq sahəsi,fərdi yaşayış evi və mənzil kimi daşınmaz əmlakları qeydiyyata almaq istəyən 40-a yaxın vətəndaşa qeydiyyat prosesi izah olundu, çıxarışla əvəz olunması üçün ilkin sənədlər qəbul edildi. Müasir texniki avadanlıqlar vasitəsilə qeydiyyata alınacaq əmlakların müayinəsi, çöl-ölçmə işləri, texniki plan-ölçüləri mütəxəssislər tərəfindəndəqiqləşdirildi.

“Kütləvi çıxarış” kampaniyasıvətəndaşların mülkiyyət hüquqlarını rahatlıqla həyata keçirməsinə şərait yaradır. Ünvanlarda göstərilən xidmətlə tanış olan digər sakinlər də daşınmaz əmlakdan daha etibarlı formada istifadə etmək üçünqeydiyyat prosesinə qoşulmağa həvəslənir. Bundan başqa, bu formada aparılan sürətli qeydiyyat prosesi ölkədə leqal daşınmaz əmlakların sayını artırır. Qeydiyyata alınmış daşınmaz əmlak isə təhlükəsiz formada iqtisadi əməliyyatlara cəlb olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255