ƏMLAK

Bütün sahələrdə əlavə dəyər istehsalı artıb - yalnız 1 sahədən başqa
16 NOYABR
159

Bütün sahələrdə əlavə dəyər istehsalı artıb - yalnız 1 sahədən başqa

2018-11-16 12:43:00

Fins.az xəbər verir ki, Dövlət Statistika Komitəsi 2018-ci ilin yanvar-oktyabr aylarında ölkənin ümumi daxili məhsulu 0,8 faiz artaraq 65233,0 milyon manata çatıb.

Belə ki, göstərilən dövrdə əlavə dəyər istehsalı bütün sahələrdə artıb. Yalnız tikintidən başqa , bu sahədə 15,8 faiz azalma müşahidə olunub.

Digər sahələrdə əlavə dəyər istehsalının artımı isə aşağıdakı kimidir.

informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 8,8 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 8,6 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 5,0 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,6 faiz, sənayedə 1,4 faiz, digər xidmət sahələrində 0,3 faiz artmış, tikintidə isə 15,8 faiz azalmışdır.

Əhalinin hər nəfərinə düşən ÜDM 6648,1 manata bərabər olmuşdur.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256