ƏMLAK

Kirayə mənzil bazarı bahalaşıb ?
16 NOYABR
379

Kirayə mənzil bazarı bahalaşıb ?

2018-11-16 11:02:00

Bu ilin oktyabr ayında Azərbaycanda mənzillərin kirayəsi sentyabr ayı ilə müqayisədə 0,2% bahalaşaraq 92,14 manata çatıb. Fins.az “Report”-a istinadən xəbər verir ki,  bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Xatırladaq ki, bu ilin yanvar ayında kirayə bazarında 0,1% bahalaşma olub. Fevral və mart aylarında qiymətlər dəyişməyib. Apreldə bazarda 0,2% ucuzlaşma olsa da, mayda qiymətlər 0,4% artıb. İyunda bazarda yenidən sabitlik yaranıb. İyulda 0,1% ucuzlaşma, avqust və sentyabr aylarında isə müvafiq olaraq 0,6% və 0,4% bahalaşma baş verib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255