ƏMLAK

10 dövlət əmlakı özəlləşdirilib
13 NOYABR
153

10 dövlət əmlakı özəlləşdirilib

2018-11-13 15:10:00

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Komitədən  Fins.az-a verilən məlumata görə, hərraca çıxarılan əmlaklardan 10-u üzrə 49 sifariş verilib.

Özəlləşməyə çıxarılan dövlət əmlaklarından 3 kiçik dövlət müəssisə və obyekti, 1 yarımçıq tikili, 6 nəqliyyat vasitəsi öz sahibini tapıb. Nəqliyyat vasitələrindən 5-i üzrə ümumilikdə 44 sifarişin verilməsi hərracda rəqabətli mühit yaratdı. Sifarişçilərin fəallığı “Vaz” markalı bu nəqliyyat vasitələrinin ilkin hərrac qiymətlərinin 2 dəfədən çox yüksəlməsinə səbəb olub.

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Əmlak kompleksinin ümumi faydalı sahəsi 1 169 kv.m-dir. Bu kiçik dövlət müəssisəsi 2 480 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirilib. Hərracda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən mağaza da özəlləşdirilib. Ümumi faydalı sahəsi 88,5 kv.m olan bu dövlət əmlakı xidmət sahəsi üzrə sahibi üçün gəlirli ola bilər. Tovuz rayonu, Dönük Qırıqlı kəndindəki 10 saylı təsərrüfatlararası təmir səyyar mexaniki dəstənin isə ümumi faydalı sahəsi 1009,9 kv.m-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256