ƏMLAK

III rübdə Azərbaycanda daşınmaz əmlakın qiymətində artım göstəriciləri - AÇIQLANIB
06 NOYABR
140

III rübdə Azərbaycanda daşınmaz əmlakın qiymətində artım göstəriciləri - AÇIQLANIB

2018-11-06 14:05:00

2018-ci ilin III rübündə Azərbaycanda daşınmaz əmlakın qiyməti ötən ilin analoji dövrü ilə müqayisədə manat ekvivalentində 0,2% artıb. Fins.az xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

“İlkin mənzil bazarında qiymətlərdə 0,2% ucuzlaşma müşahidə olunduğu halda, təkrar mənzil bazarında qiymətlər 0,3% bahalaşıb”, - nazilrikdən qeyd ediblər.

Qeyri-hökumət təşkilatlarının məlumatına əsasən, 2018-ci ilin yanvar-sentyabr aylarında mənzil bazarında əmlak alqı-satqısının həcmində 2018-ci ilin analoji dövrü ilə müqayisədə artım müşahidə olunur.

Məlumata əsasən, Bakıda ən bahalı mənzil Səbail rayonunda təklif olunur (1 kv. metr - $1,514 min, 2017-ci ilin III rübü ilə müqayisədə artım 5%).

Yüksək qiymətlərin müşahidə olunduğu paytaxtın beş rayonu sırasına həmçinin Nəsimi (1 kv. metr - $1,138 min), Nərimanov ($1,035 min), Yasamal ($982 min) və Xətai rayonları ($898) daxildir.

Ən ucuz mənzil Bakının Pirallahı qəsəbəsində təklif olunur (1 kv. metr - $495).

Bakının rayonları üzrə 1 kv. metr yaşayış mənzilinin qiymətlərinin müqayisəsi zamanı 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə qiymətlərdə ən çox artım Xəzər rayonu (5,9%), ən çox ucuzlaşma Qaradağ rayonunda (8,3%) müşahidə olunur.

2017-ci ildə Azərbaycanda daşınmaz əmlakın qiymətində artım 1,3% təşkil edib təşkil edib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257