ƏMLAK

Ofis seçərkən nələrə diqqət etməli?
02 NOYABR
137

Ofis seçərkən nələrə diqqət etməli?

2018-11-02 13:09:00

Pulunuzu daha çox reklama, təqdimata və məhsulunuzu yaxşılaşdırmağa xərcləməlisiniz. Bir sahibkar həmişə böyük düşünüb kiçik işlə başlamalıdır. Ofisdə istifadə etmədiyi sahələrin kirayəsini ödəməməlidir. Beləliklə, sahibkarların ofis seçərkən diqqət yetirməli olduğu 5 əsas məqamı sıralayaq: 

Tutduğunuz ofisin tanınmış yerdə olması firma üçün xüsusi avantajdır. Əminəm ki, siz də istənilən firma haqqında məlumat toplayarkən harada olduğuna göz atırsınız. Ofisiniz tanınmış səmtdə olsun deyə qətiyyən evinizdən uzaqda, tıxacda çox vaxt itirəcəyiniz yer seçməyin. Unutmayın, ən əhəmiyyətli sərmayəmiz vaxtımızdır.
Ödəniş və çevik ödəmə
Sahibkar olaraq zamanla inkişaf da edə bilərsiniz, pis ssenariyə görə oyundan çıxa da bilərsiniz. 12 və ya 24 aylıq müqavilələrdən uzaq gəzmək daha düzgündür. Bəzi firmalar 1 ay əvvəldən xəbər verməklə müqaviləni bitirə bilir, bəziləri isə 12 ay ərzində ödəmə tələb edir. Qiymətlərə nələr daxildir və daxil deyil deyə ətraflı araşdırma aparmalısınız. Gözlənilməz süpriz bütün işlərinizi alt-üst edə bilər. 
Telefona cavab vermək xidməti
Yaxşı katibə sizi olduğunuzdan 10 dəfə güclü göstərə bilər. Məsələn, belə bir elan daha yaxşıdır: 
— Xoş gəlmisiniz. Daxili nömrəni bilirsinizsə yığın. For English press nine (İngilis dili üçün 9 düyməsini sıxın). Operator üçün gözləyin. 
Çox işçisiniz olmasa belə daxili nömrə mövzusu sizə daha çox hörmət gətirəcək. Katibələr gözləyən müştəriləri şirkətin adı ilə qarşılayır və sizin mobil telefonunuza yönləndirir. Unutmayın, yaxşı bir ilk üçün ikinci şansınız yoxdur. 
İclas otaqları
Ümumiyyətlə, hazır ofislərdə müstəqil ofis sahələri kiçik olur. Müştərilərinizi iclas otaqlarında qəbul etməyiniz firmanıza olan dəyəri artırır. Müştərinizi öz iclas otağınıza çağırın, təklifinizi bildirin və onu işə götürün. İstənilən iclas otağının əsas aksesuarları projektor, ağ lövhə və kabelsiz internetdir. 

Böyümək
Bu gün bəlkə 1 adamla qurduğunuz şirkətdə aylar sonra iki, üç və daha çox adam olacaq. Belə vəziyyətlərdə hazır ofisiniz böyüməyə uyğundurmu? Uyğun otaqları varmı? Qiymətləri böyük otaqlar üçün də məqbuldurmu? Bu sualları dəyərləndirməyiniz sizin xeyrinizə olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9368
  • ₽ RUB
    0.0259