ƏMLAK

İpoteka krediti üçün lazım olan sənədlər hansılardır ?
30 OKTYABR
252

İpoteka krediti üçün lazım olan sənədlər hansılardır ?

2018-10-30 15:39:00

İpotekaya mənzil əldə etmək istəyənlər arasında ən çox verilən sullardan biri də İpoteka krediti üçün lazım olan sənədlərlə hansılardır? Odur ki, Fins.az, İpoteka krediti üçün lazımi sənədlərin siyahısını təqdim edir. 
1. Borcalan (birgə borcalanın) şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti
2. Nikahın bağlanması ( və ya boşanma) barədə şəhadətnaməsinin notarial qaydada təsdiqlənmiş surəti
3. Borcalanın subaydırsa, VVAQ-dan/ Rayon üzrə qeydiyyat şöbəsindən subaylıq haqqında arayış
4. Borcalanın (birgə borcalanın)həyat yoldaşının və övladlarının şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiqlənmiş surəti
5. Borcalanın (birgə borcalanın)iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti
6. Borcalanın (birgə borcalanın) iş yerindən maaş haqqında arayış
7. Əmək haqqı kartının hesabından son 12 ay ərzində çıxarış ( bank tərəfindən təsdiqlənib verilir)
8. Borcalanın (birgə borcalanın) sosial sığorta kartı (adi surət)
9. Ailə tərkibi haqqında arayış (ASAN xidmət)
10. Asan imza (ASAN xidmət)

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257