ƏMLAK

Əmlak hərracı rəqabət şəraitində keçib
30 OKTYABR
198

Əmlak hərracı rəqabət şəraitində keçib

2018-10-30 14:59:00
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Komitədən Fins.az-a verilən məlumata görə, hərracda paytaxt və rayonlar üzrə 4 iştirakçı sifarişini elektron formada verib. Cəlbedici və geniş çeşidli dövlət əmlaklarından 17-si iştirak etmək istəyənlərin marağına səbəb olub. Bu dövlət əmlaklarına ümumilikdə 26 sifariş verilib. Sifariş sayının seçilmiş dövlət əmlaklarının miqdarını üstələməsi hərracın rəqabət və şəffaf mübarizə şəraitində keçdiyini göstərir.

Eləcə də bax:Səyyar xidmət avtobusu Bakının kənd və qəsəbələrinə doğru irəliləyir

Komitənin təşkil etdiyi budəfəki hərracda özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərindən 5-i paytaxtda, 3-ü isə digər rayon və şəhərlərdə yerləşir. Bakıdakı bu növ dövlət əmlaklarından 1-i Qaradağda avtoqaraj, digərləri isə Suraxanı, Sabunçu və Xəzər rayonlarındakı mağazalardır. Nardaran qəsəbəsində yerləşən mağazanın yerləşdiyi ərazi və mövcud torpaq sahəsi ilə birgə özəlləşdirilməsi sahibkarlıq sahəsində geniş imkanlar yaradır. Adıçəkilən dövlət obyektinin ümumi faydalı sahəsi 283.4 kv.m-dir. Mingəçevirdə yerləşən Quşçuluq yardımçı təsərrüfatının isə ümumi faydalı sahəsi 4386.8 kv.m-dir. “Cəlilabad Buzxana Sallaqxana” Məhdud Məsuliyyətli Cəmiyyəti, Yevlax Təmir-Tikinti Sahəsinin Köməkçi sahəsi də bölgələr üzrə keçirilən hərraclarda özəlləşdirilən dövlət əmlaklarıdır. Özəlləşdirilən qeyri-yaşayış sahələri isə Bakı və Sumqayıtda yerləşir. Səbail rayonu, Badamdar qəsəbəsindəki dövlət obyektinin ümumi faydalı sahəsi 41.5 kv.m-dir. Xidmət və ofis kimi istifadəyə imkan verən digər bir obyekt Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşir. Bu qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 60.8 kv.m-dir.

Vətəndaşların hərraclarda avtomobillərə sahib olmaq həvəsi özəlləşdirilən 7 nəqliyyat vasitəsindən 3-nün hərracını rəqabətli edib. Buraxılış ili 2009 olan "Toyota" Camry markalı avtomobillərdən birinin ilkin hərrac qiyməti 15 min manat, digərinin isə 13 min manat təyin olunub. Sifarişçilər arasında mübarizə son satış qiymətini müvafiq olaraq 17 min 500 və 17 min 300 manata qədər yüksəldib. 2005-ci il istehsalı olan QAZ-31105 markalı avtomobilin hərracında yaranan rəqabət isə yekun hərrac qiymətini 2 dəfə artırıb. İlkin hərrac qiyməti 1500 manat olan bu dövlət əmlakına prosesin qalibi 3 min manat təklif edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258