ƏMLAK

Palatanın əmlakı qiymətləndiriləcək
30 OKTYABR
179

Palatanın əmlakı qiymətləndiriləcək

2018-10-30 10:52:00
Maliyyə Bazarlarına Nəzarət Palatası əmlakın qiymətləndirilməsi məqsədilə kotirovka sorğusu elan edir.

Fins.az xəbər verir ki, Palatanın məlumatına görə, əmlakın qiymətləndirilməsi beynəlxalq maliyyə standartlarına uyğun keçirilməlidir.

Eləcə də bax: "Tarqovaya" liderliyini əldən verdi - İndi ən bahalı mənzillər bu prospektdədir

Kotirovka sorğusunda iddiaçı kimi iştiak etmək istəyənlər Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasına, Bakı şəhəri, Bülbül prospekti 27 ünvanına (əlaqələndirici şəxs: Ələmqulu Quliyev, telefon: 012 493-50-58/346 müraciət edə bilərlər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 2 noyabr saat 15:00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər.

Kotirovka təklifləri Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında, Palatanın inzibati binasında 5 noyabr saat 15:00-da açılacaq. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər. 

©FED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257