ƏMLAK

"Strateji Yol Xəritəsində 4 strareji hədəfdən biri də özəlləşmə ila bağlıdır" - KOMİTƏ SƏDRİ
26 OKTYABR
637

"Strateji Yol Xəritəsində 4 strareji hədəfdən biri də özəlləşmə ila bağlıdır" - KOMİTƏ SƏDRİ

2018-10-26 15:16:00

Azərbaycanda dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində həyata keçirilir. 

Fins.az xəbər verir ki, bunu Dövlət Əmlak Məsələləri üzrə Komitəsinin sədri Kərəm Həsənov Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin 6-cı iclasında  çıxışı zamanı bildirib.

Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahənin modernləşdirilməsi, müasir idarəetmə standartlarının tətbiqi, o cümlədən dövlət-özəl tərəfdaşlığının qurulması istiqamətində uğurlu nəticələr əldə edilir: " Ölkə başçısının təsdiq etdiyi “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsində” ölkə üzrə müəyyənləşdirilən 4 strateji hədəfdən biri özəlləşmə ilə bağlıdır. Bu gün maşınqayırma, metallurgiya, dəzgahqayırma, cihazqayırma, kimya, yeyinti məhsulları, kənd təsərrüfatı, yüngül sənaye, səhiyyə, mədəniyyət, idman və turizm sektorlarında özəlləşdirmə sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Bir sıra infrastruktur sahələrdə, habelə enerji, telekommunikasiya, bank, turizm sahələrində yeni özəlləşdirmə imkanları, beynəlxalq təcrübələr öyrənilir. Özəlləşmə prosesinə xarici investorların cəlb edilməsi məqsədilə dünyada tanınan bir çox investisiya fondlarına, kommersiya və investisiya banklarına, habelə xarici şirkətlərə özəlləşdirmədə iştiraka dair dəvətlər göndərilib".

Müəllif:Xeybər Heydərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258