ƏMLAK

Daşınmaz əmlakın yenilənmiş səyyar qeydiyyat ofisi Ələt qəsəbəsində
22 OKTYABR
112

Daşınmaz əmlakın yenilənmiş səyyar qeydiyyat ofisi Ələt qəsəbəsində

2018-10-22 13:22:00

Əmlak Məsələləri Dövlət Komitəsinin "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyasının budəfəki ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsidir.

Komitənin mətbuat xidmətindən Fins.az-a bildiriblər ki, sosial aksiyanın təklif etdiyi bütün imkanlardan yararlanmaq istəyən vətəndaşlar oktyabrın 22-26-da saat 09:00-dan 17:00-a kimi komitənin mobil ofislərinə yaxınlaşa bilər. Ələt qəsəbəsi, Dəmiryolçular küçəsi 8 ünvanında yerləşən səyyar ofisdə sakinlərə fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı qeydiyyat xidmətləri göstəriləcək.

Qeyd edək ki, yeni və müasir avadanlıqların tətbiqi ilə xidmətlər ərazi idarəsi ilə əlaqə yaratmaqla həyata keçirilir. Bütün qeydiyyat xidmətlərinin struktur bölmələrdə olduğu kimi səyyar ofisdə göstərilməsi vətəndaşların daha sürətli və operativ formada mülkiyyət hüququndan istifadəsinə şərait yaradır. Yenilənmiş mobil xidmət məkanı isə eyni anda xidmətlərdən daha çox sakinin istifadə etməsinə imkan verir. Komitə əməkdaşları tərəfindən səyyar xidmətlərin göstərilməsi və hüquqi məsləhətlərin verilməsində yeniliklərin tətbiqi birbaşa vətəndaş məmnunluğunun təminatına yönəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254