ƏMLAK

Tikinti şirkətinin rəsmisi yolun onlara görə çökmədiyini deyir
17 OKTYABR
534

Tikinti şirkətinin rəsmisi yolun onlara görə çökmədiyini deyir

2018-10-17 16:39:00

"Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının tikintisi zamanı bina ilə piyada səkisi arasında istinad divarları çəkilib. İstinad divarı tikinti boyunca aparılıb. Biz düşünürük ki, piyada səkisinin sürüşməsinə səbəb yağış sularıdır". Fins.az "Report"-a istinadən xəbər verir ki, bunu binanı inşa edən "Pilot İnşaat-A" MMC-nin icraçı direktoru Nuran Həsənzadə deyib.

"Yəni yağış suları borular vasitəsilə axıdılır, bu da müəyyən qədər torpağı yuyur. Düşünürük ki, sürüşmənin səbəbi budur", - şirkət rəsmisi əlavə edib.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yollarının Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli yolun dayanıqlığı və geoloji işlər aparılmadan tikinti işlərinin həyata keçirildiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254