ƏMLAK

10 minə BMW, 12 minə isə obyekt satıldı - HƏRRAC
16 OKTYABR
288

10 minə BMW, 12 minə isə obyekt satıldı - HƏRRAC

2018-10-16 12:41:00

Məkan və vaxt fərqi olmadan müraciət imkanı ilə özəlləşdirməhərraclarındasifariş və iştirak çox rahatdır.Heç bir yerə getmədən vətəndaşı əmlak sahibinə çevirən bu prosesə olan ictimai maraq isə artmaqdadır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirmədəəlverişli fürsətlər yaradanhərraclardan biri də 16 oktyabr tarixində keçirildi. Qeyd edək ki, iştirakçılar tərəfindən 9 əmlak üzrə 14 sifariş verilmişdir. Vətəndaşlardan biriisə hərrac üzrə elektron xidmətdən-onlayn sifariş prosedurundan istifadə edib.

Müxtəlif sahələr üzrə xidmət fəaliyyətində əlverişli obyekt kimi istifadəyə imkan verəcək qeyri-yaşayış sahələri Bakı və Gəncə şəhərlərindədir. Paytaxt üzrə özəlləşdiriləndövlət əmlaklarının 3-ü Nəsimi, 2-si Nizami, digəri isə Suraxanı rayonunda yerləşir.Gəncədə özəlləşdirilən qeyri-yaşayış sahəsi Nizami rayonu, Atatürk prospektindəki 5 mərtəbəli binanın zirzəmisinin bir hissəsini əhatə edir. Ümumi faydalı sahəsi 158,3 kv.m olan bu obyektin hərracında iştirakçı son qiymət olaraq 12 min 750 manat təklif etdi. Paytaxt üzrə özəlləşən dövlət əmlaklarından biri də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsində yerləşir. Bu obyektin ümumi faydalı sahəsi 39 kv.m, hərracdakı satış qiyməti isə 6 min manat müəyyən olundu.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinə gəldikdə isə bu dövlət əmlaklarının buraxılış tarixləri 2006-cı ildir. Hər ikisi BMW markasına aid olan bu avtomobillərin hərracdakı satış qiymətləri 10 min 750 manat və 14 min manat oldu.

Komitə tərəfindən növbəti hərrac 23 oktyabrda baş tutacaq. Dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı hərraca ümumilikdə 170 dövlət əmlakı çıxarılıb. Onlardan 91-i kiçik dövlət müəssisə və obyekti, 47-si qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 9-u nəqliyyat vasitəsidir.Hərraclarda özəlləşdirmə prosesinin iştirakçısı olmaq istəyənlər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına daxil ola bilər. Bu resurslar vasitəsilə seçim və sifariş edən şəxs  hərrac keçirilən yerə gedmədən də şəffaf prosesdə onlayn iştirak edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250