ƏMLAK

Evsiz insanların küçədə yaşamasını qadağan ediblər
15 OKTYABR
243

Evsiz insanların küçədə yaşamasını qadağan ediblər

2018-10-15 17:38:00

Macarıstanda qüvvəyə minən qanuna əsasən, evsiz vətəndaşların küçədə yaşaması qadağan edilib.

Fins.az xəbər verir ki, Macarıstan parlamenti tərəfindən iyunun 20-də qəbul edilən qanun oktyabrın 15-də qüvvəyə minib.

Bundan sonra evsiz şəxs polis tərəfindən üç dəfə xəbərdarlıq aldıqdan sonra da küçədə yaşamağa davam etsə, cərimə oluna və ya həbs cəzasına məhkum edilə bilər. Macarıstanın insan resursları nazirinin müavini Attila Fülöp mövzu ilə əlaqədar təşkil olunan mətbuat konfransında məlumat verib ki, ölkədə evsiz vətəndaşların qida və təmizlik ehtiyaclarını ödəyərək yaşaya biləcəyi 19 min çarpayılıq sığınacaqlar hazırlanıb.

Əhalisi 9,7 milyon nəfər olan Macarıstanda 20 min civarında evsiz insanın olduğu təxmin edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250